Tomas Frankın İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi postuna təyinatı təsdiqlənib.
Axar.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 51 yaşlı mütəxəssislə müqavilə 2028-ci ilə qədər qüvvədədir.
Xatırladaq ki, “Tottenhem” avstraliyalı Anjelos Postekoqlu baş məşqçi postundan uzaqlaşdırıb. Ötən mövsüm İngiltərə çempionatını 17-ci pillədə başa vuran londonlular 2008-ci ildən sonra ilk rəsmi kubokunu qazanaraq, Avropa Liqasının qalibi olub.