AZ

"İnter" Çalhanoğluya əvəzləyici tapıb

"İnter" rəhbərliyi yay transfer dönəmi öncəsi Hakan Çalhanoğlunun mümkün gedişinə hazırlıq görür.

90deqiqe.Az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klublarından gələn təkliflər türkiyəli yarımmüdafiəçini cəlb edə bilər və bu, klub daxilində narahatlıq yaradıb.

 Milan təmsilçiləri Çalhanoğlunun ideal əvəzləyicisi kimi "Latsio"nun gənc futbolçusu Nikolo Rovellanı görür. Lakin romalılar 23 yaşlı yarımmüdafiəçini satmaq fikrində deyillər. Buna baxmayaraq, Rovellanın müqaviləsində 50 milyon avroluq sərbəstqalma bəndi mövcuddur.

İtaliya millisinin üzvü olan Rovella ötən mövsüm "Latsio" forması ilə 44 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı onun dəyərini 28 milyon avro olaraq qiymətləndirir.

Seçilən
41
90deqiqe.az

1Mənbələr