AZ

Ağdaş Mədəniyyət Evində faciə: Ölən var

Ağdaşda ağır xəsarət almış şəxs xəstəxanada vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, iyunun 12-si saat 09:40-da 1 nəfər (kişi cinsli) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

“1966-cı il təvəllüdlü şəxsə sağ saidin yuxarı üçdə birinin açıq yerdəyişən sınığı, döş qəfəsinin çoxsaylı sınıqları, qarın boşluğunun küt travması və travmatik şok diaqnozları qoyulub. Vəziyyəti ağır qiymətləndirilərək Reanimasiya şöbəsinə yerləşdirilib.

Lakin göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 15:00-da ölüm faktı qeydə alınıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib”, – məlumatda bildirilib.

17:33

Ağdaş rayon Mədəniyyət Evində ölümlə nəticələnən hadisə baş verib.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Mədəniyyət Evində aparılan təmir işləri zamanı baş verib. Orada usta işləyən 1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov binanın damında işləyərkən ehtiyatsızlıqdan yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İ.Əbdülrəhimov aldığı xəsarətlərdən orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
35
nocomment.az

1Mənbələr