Serbiya U-21 millisinin baş məşqçisi Aleksandar Kolarov yaxın günlərdə vəzifəsini tərk edərək "İnter"in məşqçilər korpusuna qoşulacaq.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
39 yaşlı mütəxəssis Serbiya gənclər yığmasına 2024-cü ilin noyabrında rəhbərlik etməyə başlamışdı. O, bundan əvvəl bir müddət "Piza" klubunda idman direktoru kimi fəaliyyət göstərmişdi.
Peşəkar futbolçu karyerası ərzində Kolarov "Roma", "Latsio", "İnter" və bir sıra digər klublarda müdafiəçi kimi çıxış edib. Qeyd edək ki, "İnter" məşqçilər heyətinə əvvəlcə Valtter Samueli cəlb etməyi planlaşdırırdı. Lakin argentinalı mütəxəssis millidəki işini davam etdirmək qərarına gəlib.
Kolarov ABŞ-da təşkil olunacaq Klublararası Dünya Çempionatında komanda ilə birgə olacaq.