“İnter”in futbolçusu Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” Hakanı heyətinə qatmağı düşünür.
31 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.
Ulduz futbolçu ötən mövsüm meydana çıxdığı 47 matçda 11 qol 6 asistə imza atıb.