“Kəpəz”in baş məşqçisi təyin olunan Adil Şükürovun köməkçiləri bəlli olub. Bu barədə “Football-plus.az”a mütəxəssisin özü məlumat verib.
Onun sözlərinə görə, Gəncə təmsilçisinin yeni məşqçilər korpusunda biri əcnəbi olmaqla daha dörd çalışdırıcı yer alacaq. Bunlar İlyas Qurbanov, Zaur Əsədov, Elmir Hüseynov və qapıçı məşqçisi Vüqar Məmmədovdu. Kollektivin fiziki hazırlıq üzrə məşqçisi yerli olmayacaq.
Xatırladaq ki, “sarı-göylər” srağagün Adil Şükürovla 2 il müddətinə müqavilə bağlayıb. Köməkçi məşqçilərlə də anlaşmaların müddəti eyni olacaq.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta