Almaniyanın müdafiə naziri Boris Pistorius 2025-ci ildə Ukraynaya daha 1,9 milyard avro hərbi yardım ayırmağı planlaşdırdığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniyanın N-TV telekanalının portalı məlumat yayıb.
Pistorius Ukrayna prezidenti Vladimir Zelenski ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib ki, “vəsaitlər digər məsələlərlə yanaşı, uzaqmənzilli raketlərə də yönəldiləcək”.
Telekanal bildirib ki, Bundestaq göstərilən məbləğin ayrılmasına razılıq verərsə, Almaniyanın 2025-ci ildə Ukraynaya ayıracağı hərbi yardımın ümumi məbləği təxminən 9 milyard avro təşkil edəcək.