BAKI, 12 iyun. TELEQRAF
"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi "Medsol" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 9 milyon 152 min 424 manat dəyərində müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, müqaviləyə əsasən, qurum, bu məbləğə "Medsol" MMC-dən fizioterapiya üçün tələb olunan spesifik cihaz və avadanlıqlar alacaq.
Müqavilənin müddəti 2 ildir - ötən ilin dekabrından başlayıb, gələn ilin dekabrına qədər bitəcək.
Qeyd edək ki, "Medsol" MMC-nin qanuni təmsilçisi Salmanov Qabil Nazim oğludur, nizamnamə kapitalı isə 17 milyon 975 min 215 manatdır. Bundan əlavə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi üç dəfə adını dəyişdiyi göstərilir. İlk adı “PAY” MMC olub. 2016-cı ildə “Alo 24”, 2021-ci ildən isə “Medsol” adlandırılır.