Braziliyalı hücumçu Neymar və "Santos" müqavilənin uzadılmasını müzakirə edirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yeni müqavilənin şərtləri artıq hazırdır.
Komanda rəhbərliyi hücumçunu müqaviləni 2026-cı ilin dekabrına qədər uzatmağa razı salmağa çalışır, futbolçu tərəfi isə razılığa gəlməyə tələsmir.
Neymarın "Santos" ilə hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.
Xatırladaq ki, Neymar komandaya yanvarda qoşulmuşdu. Hazırda o, "Santos"un heyətində bütün turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.