AZ

Türkiyədə etirazlara baxmayaraq, Azərbaycan İsrailə "neft satır"

Türkiyədə etirazlara baxmayaraq, Azərbaycan İsrailə neft satışını davam etdirir.

İsrail mediası adının açıqlanmasını istəməyən hökumət nümayəndəsinə istinadla belə bir iddia irəli sürüb.

SOCAR-ın Türkiyə bürosu isə bəyan edib ki, Ceyhan limanından İsrailə neft getmir.

Qəzzaya hücumlarını davam etdirən İsrail hökuməti də ehtiyatlı davranır.

Belə ki, rəsmi Təl-Əviv neft aldığı dövlətlərə qarşı ictimai və siyasi təzyiqlərin olmamasına çalışır.

Buna görə də Netanyahu hökuməti hansı ölkədən, xüsusilə Azərbaycandan nə qədər həcmdə neft alması ilə bağlı statistikanı açıqlamır.

Türkiyədə İsrailə neft satması iddiaları ilə bağlı Azərbaycana qarşı etirazlar var.

Azərbaycan hökuməti isə bu ittihamlardan yaxa qurtarmaq üçün neft satışının necə getdiyini izah etməyə çalışır.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev çıxışında bildirib ki, neft bazarında, o neft gəmiyə dolduruldusa və gəmi açıq dənizə çıxdısa, o neft artıq Azərbaycanın deyil.

"Orada 10-larla treyder var. A treyder B-yə satır, B treyder C-yə satır, bunun sonda kimə və hara satıldığına zatən sən özün də nəzarət edə bilməzsən. Yəni Ceyhana Azərbaycan nefti gəldi, neft Ceyhanda gəmiyə doldu, o gəmi Aralıq dənizinə çıxdısa, o sənin deyil artıq. Bu, dünya neft bazarının qaydalarıdır", - Hacıyev deyib.

Tənqidçilər isə neft bazarının qaydalarına deyil, statistik rəqəmlərə izah tapmağa çalışır.

Azərbaycanın rəsmi mənbələrində bu ilin ilk 4 ayı ərzində İsrailə neft satılmadığı görünür.

Lakin həmin mənbələr bu 4 ay ərzində Azərbaycandan İtaliyaya satılan neft həcminin birdən-birə 80 faizədək artdığını göstərir.

Tənqidçilər bu artımı belə izah edir ki, əslində Azərbaycan öz neftini İsrailə İtaliya üzərindən göndərir.

Azərbaycan hökuməti və SOCAR-ın Türkiyə bürosu hələlik bu iddialara cavab verməyib.

İddialardan biri də budur ki, Azərbaycan İsrailə neft satışında Sinqapur, İsveçrə kimi üçüncü ölkələrin ticarət şirkətlərindən istifadə edir.

Bu şirkətlər arasında Trafigura, Vitol və Glencore kimi böyük əmtəə ticarət şirkətlərinin adı çəkilir.

Güman edilir ki, bu şirkətlər Azərbaycandan nefti alıb, üçüncü ölkə adından İsrailə daşıyır.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
22
bbc.com

1Mənbələr