Bakı.Trend:
20 ölkədən, o cümlədən Azərbaycandan olan iştirakçılar“İnterviziya” mahnı müsabiqəsində iştirak edəcəklər.
Trend rusKİV-lərinə istinadən xəbər verir ki, bu barədə layihənintəşkilatçıları məlumat yayıb.
“Bu il müsabiqədə 20 ölkə iştirak edəcək: Azərbaycan, Belarus,Venesuala, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qatar, Çin,Kolumbiya, Kuba, Qırğızıstan, BƏƏ, Rusiya, Səudiyyə Ərəbistan,Serbiya, ABŞ, Tacikistan, Özbəkistan, CAR”, - məlumatdabildirilir.
Moskvanın Manejnaya meydanında artıq müsabiqənin başlanmasınaqədər geri sayım saatı işə salınıb.
Qeyd edək ki, “İnterviziya - 2025” mahnı müsabiqəsi 20 sentyabr2025-ci ildə Moskvada keçiriləcək.