Hücumçu Maheus Kunya “Mançester Yunayted”in futbolçusu olub.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı braziliyalı ilə 5 mövsümlük – 2030-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. “Mançester Yunayted” futbolçunu “Vulverhempton”dan heyətinə qatıb. Transfer məbləğinin təxminən 74,4 milyon avro olduğu bildirilir.
Kunya 2023-cü ildən “Vulverhempton”da çıxış edir. Keçən mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.