“Mançester Yunayted” Mateus Kunyanın transferini açıqlayıb. Msport.az xəbər verir ki, braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
İngiltərə klubu 26 yaşlı futbolçunun keçidinə görə 4 və ya 5 il ərzində 74 milyon avro ödəyəcək.
Kunya 2023-cü ildən “Vulverhemton”un şərəfini qoruyurdu. O, buna qədər “Sion”, “Leyptsiq”, “Herta” və “Atletiko Madrid” komandalarını formasını geyinib.
Forvard Braziliya millisində 15 oyunda 1 qol vurub.