AZ

Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq - SƏRƏNCAM

Bakı. Trend:

Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı”olması ilə bağlı tədbirlər planı hazırlanacaq.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2023-cü il oktyabrın 5-də İran İslamRespublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi ƏməkdaşlıqTəşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasındaAzərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün“İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilmişdir.Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühümmərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzvdövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha dagenişlənməsində özünəməxsus rol oynayacaqdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuşa şəhərinin2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı”elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyatakeçirməli, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələlərihəll etməlidir.

Seçilən
38
44
az.trend.az

10Mənbələr