Ukrayna Avropa Birliyinə üzv ola bilməyəcək, çünki bu, indiki formada birliyə son qoya bilər. NATO-ya üzv ola bilməyəcək, çünki bu, alyansla Rusiya arasında münaqişəyə səbəb olacaq.
Herbiand.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban öz tərəfdarları, o cümlədən hakim "Fidesz - Macarıstan Vətəndaş Birliyi" partiyasının fəalları ilə qapalı iclasda çıxışı zamanı deyib.
O qeyd edib ki, Ukraynanın Aİ-yə tələsik daxil olması “yeni kreditlər demək olardı”. İclasın məzmununu öyrənən hökumətyönlü Magyar Nemzet qəzeti Orbandan sitat gətirib:
"Ukraynanın artıq pulu yoxdur, ona görə də Avropa ölkələri Ukraynanın pensiyalarını, Ukrayna dövlət sektoru işçilərinin maaşlarını və Ukrayna ordusunu maliyyələşdirəcək. Bu, indiyə qədər bildiyimiz kimi, Avropa İttifaqının sonu deməkdir".
Qəzetin yazdığına görə, baş nazir Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaq istəyindən də danışıb. "Ukrayna NATO-nun üzvü ola bilməz, çünki bu, NATO ilə Rusiya arasında daimi müharibə təhlükəsi deməkdir", - Orban deyib.