FİFA 2025-ci ildə keçiriləcək klublararas dünya çempionatının uğurlu alınacağı təqdirdə, turnirin 2029-cu ildə 48 komandaya qədər genişləndirilməsi ilə bağlı məsləhətləşmələr aparacaq.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, əgər FİFA Avropadan 12 komandalıq limitə yenidən baxmasa, daha çox Avropa klubunu cəlb etməyin yeganə yolu turniri genişləndirmək olacaq. Yarışda iştirakla "Barselona", "Arsenal", "Liverpul", "Mançester Yunayted" və "Milan" kimi klublar maraqlanır.
2029-cu il turnirinin formatı və strukturu ilə bağlı bütün maraqlı tərəflərlə danışıqlar 2025-ci ildə keçiriləcək çempionatdan sonra baş tutacaq.