AZ

Azərbaycanlı deputat beynəlxalq təşkilata Baş katib seçildi

Milli Məclisin deputatı Ramil Həsən yeni vəzifəyə seçilib.

Ölkə.az xəbər verir ki, bu barədə deputat Ramil Həsən özü məlumat verib.

O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi etimadı, Milli Məclisin sədri Sahibə Qafarovanın namizədliyini irəli sürməsi ilə TÜRKPA-nın Qazaxstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında üzv ölkələrin parlament sədrlərinin və nümayəndə heyətlərinin yekdil qərarı ilə TÜRKPA-nın yeni Baş Katibi seçilib. 

“Mənə yenidən böyük etimad göstərdiyi, güvəndiyi üçün cənab Prezidentə minnətdaram”, - o qeyd edib.

Xatırladaq ki, Ramil Həsən 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək TÜRKPA-nın Baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlər Təşkilatənın Baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışıb.

Mürtəza
Ölkə.az

Seçilən
62
1
olke.az

2Mənbələr