AZ

Həftənin ÇAĞIRIŞI - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

“II Qaregin subaylıq andını pozub. Onun övladı var. Bu, bir faktdır və əgər özü bunu inkar etməyə çalışsa, lazımlı formatda sübut edəcəyəm”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bütün ermənilərin katalikosu II Qaregin haqqında növbəti paylaşımında yazıb. Baş nazir bildirib ki, o, yepiskop ola, seçilə və katolikos ola bilməz. Paşinyan bu fikirlərinin ardınca II Qaregini istefaya səsləyib.

 

Həftənin XƏSTƏSİ

Sabiq təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanovun səhhətində problem yaranıb. Eks-nazir xəstəxanaya yerləşdirilib, hətta əməliyyat olunub. M.Mərdanov hazırda xəstəxanada olduğunu təsdiqləyib: “Amma ciddi bir əməliyyat keçirməmişəm. Bu gün xəstəxanadan çıxacağam. Səhhətimdə elə bir böyük problem yoxdur. Narahatlığa əsas yoxdur. İnşAllah sabah işdə olacağam”.

 

Həftənin VARLISI

Türkiyəli məşhur aktyor Burak Özçivit sərvəti ilə gündəmə gəlib. Bütün qazancını daşınmaz əmlaka yatırdığını bilinən Burak Özçivitin sərvətinin 1 milyard TL-dən (43 milyon manatdan çox) çox olduğu bildirilir. Qeyd edək ki, Burak Özçivitin baş rolu oynadığı “Kuruluş Osman”dan hər bölüm üçün orta hesabla, 750 min TL qazandığı məlumdur.

 

Həftənin REKORDU

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo millinin heyətində qolların sayına görə dünya rekordu vurub. O, buna İspaniya millisi ilə UEFA Millətlər Liqasının finalındakı (2:2, 5:3-pen.) qolu ilə nail olub. Ronaldo millinin heyətində 138-ci qolunu vuraraq dünya rekordunu yeniləyib. Bu göstəricidə ikinci yerdə millinin heyətində 112 qolu olan argentinalı hücumçu Lionel Messi qərarlaşıb.

 

Həftənin TERRORU

Avstriyanın Qrats şəhərində məktəbdə atışma baş verib. Atışma nəticəsində 11 nəfər ölüb, 30-a yaxın şəxs xəsarət alıb. Yaralı şəxslər helikopterlə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qeyd olunub ki, məktəbdəki bütün insanlar təxliyə edilib. Atəş açan şəxsin həmin məktəbdə təhsil aldığı və ölü tapıldığı bildirilib. Faktla bağlı araşdırma aparılır.

 

Həftənin İLKİ

Suriya Hava Yolları 12 ildən sonra Dəməşq Beynəlxalq Hava Limanından İstanbul Hava Limanına ilk uçuşunu həyata keçirib. “Qafqazinfo” Suriya Xəbər Agentliyinə (SANA) istinadən xəbər verir ki, təyyarə Dəməşqdən havaya qalxaraq İstanbula yola düşüb. Qeyd edək ki, Suriyada vətəndaş müharibəsinin başlanmasından sonra dayandırılan Dəməşq–İstanbul reysləri, beləliklə, 12 ildən sonra bərpa edilib.

Seçilən
47
hafta.az

1Mənbələr