Hurriyyet.az xəbər verir ki, "News18" telekanalının məlumatına görə, iyunun 12-də Hindistanda baş vermiş təyyarə qəzası nəticəsində həlak olanların sayı 133 nəfərə çatıb.
Xəbər verdiyimiz kimi, Hindistanın qərbindəki Qucarat ştatının Əhmədabad şəhərinin aeroportunun yaxınlığında təyyarə qəzası baş verib. Təyyarənin göyərtəsində iki pilot və 10 stüardessa da daxil olmaqla 242 nəfərin olduğu bəyan edilmişdi.
"Air İndia" aviaşirkətinə məxsus olan "Boeing 787-8 Dreamliner" təyyarəsi həkimlər üçün yataqxananın damının üzərinə düşüb.
Hürr Tərcüman