AZ

Hindistanda təyyarə qəzaya uğrayıb: 133 nəfər ölüb

Yazını böyüt
Yazını kiçilt

Hindistanın qərbində qəzaya uğrayan təyyarə həkimlərin yataqxanasının yerləşdiyi binanın üzərinə düşüb.

Hafta.az xəbər verir ki, yerli polis zabiti bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“İlkin məlumata görə, Londona uçan “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayaraq həkimlərin qaldığı yataqxanaya çırpılıb. Təcili xidmət orqanlarının əməkdaşları 2-3 dəqiqə ərzində hadisə yerinə gəlib. Hazırda qəzanın baş verdiyi ərazidə axtarış xilasetmə əməliyyatı davam edir”, - deyə o bildirib.

“News18” telekanalının məlumatına görə, qəza zamanı ölənlərin sayı 133 nəfərə çatıb.

Qeyd edək ki, “Boeing 787 Dreamliner” təyyarəsi Hindistanın qərbindəki Əhmədabad hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb. Londona uçan təyyarənin göyərtəsində 242 nəfər, o cümlədən iki pilot və 10 bələdçi olub.

Seçilən
46
1
hafta.az

10Mənbələr