AZ

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Bu ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 4 min 908,21 ton miqdarında qurudulmuş mərci gətirilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsulun idxalına 3 milyon 711,61 min ABŞ dolları vəsait xərclənib. İdxal olunan mərcinin bir kiloqramının orta gömrük qiyməti 0,76 dollar (1,29 manat) olub. 

Bu dövrdə ən çox mərci Qazaxıstandan alınıb. Belə ki, bu ölkədən alınan 2 min 744,6 ton miqdarda mərciyə 1 milyon 850,32 min dollar vəsait xərclənib.

Cari ilin mart ayında Azərbaycanda pərakəndə ticarət mərkəzlərində satılan idxal mərcinin bir kiloqramının orta qiyməti təqribi 2-4 manat arasında dəyişir.

Hesablamalardan göründüyü kimi idxal olunan mərcinin bir kiloqramı marketlərdə təqribi 1,55 və ya 3,10 dəfə baha satılır.

Azərbaycana mərci gətirilən ölkələr ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

Mayya Hüseynova

Seçilən
28
1
valyuta.az

2Mənbələr