Bundan sorna uzaqmənzilli raketləri daha çox uzaqmənzilli dronlar əvəz edəcək.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat yayıb. Məlumatda qeyd olunur ki, Ukrayna-Rusiya müharibəsində PUA-lardan kütləvi və effektiv istifadə dronların uzaqmənzilli raketləri əvəz edə biləcəyini təsdiqləyib. Belə ki, müharibə zamanı hər iki tərəf dronlardan cəbhə xəttindən kifayət qədər uzaqlıqda yerləşən obyektlərin məhvində uğurla istifadə edib. Hansı ki, bu vaxta qədər təmas xəttindən uzaqda yerləşən obyeltlərin sıradan çıxarılmasında uzaqmənzilli raketlərdən istifadə edilirdi.
Mənbənin sözlərinə görə, dronların zərbə gücü uzaqmənzilli raketlərin zərbə gücündən əhəmiyyətli dərəcədə az olsa da, PUA-ların da özünəməxsus üstünlükləri mövcuddur. Bunlara dronlar uzaqmənzilli raketlərlə müqayisədə qat-qat ucuz başa gəlməsi, radarlar vasitəsilə təyin edilməsinin daha çətin olması və daha çox praktikliyə malik olmasıdır. Daşınma və saxlama xərclərinin ucuzluğu da dronların raketlər qrşısındakı əsas üstünlüklərindən hesab edilir.
Seymur ƏLİYEV