AZ

“Neftçi” Kipr klubunun daha bir üzvünü transfer etmək İSTƏYİR

Kiprin “Apollon” klubundan Sessi D’Almeydanı heyətə qatan “Neftçi” bu komandadan daha bir oyunçunu istəyir.

Bizim.Media xəbər verir ki, “ağ-qaralar” komandanın fransız yarımmüdafiəçisi Şarl Boli ilə danışıqlara başlayıb.

Tərəflər artıq ilkin razılıq əldə ediblər. Əslən Fil Dişi Sahilidən olan 26 yaşlı oyunçu tezliklə Bakıya gəlməlidir.

Qeyd edək ki, Boli 2024-cü ildə “Apollon”a transfer olunub. Burada o, 19 qarşılşmada meydana çıxıb, 1 dəfə fərqlənməyi bacarıb.

Bizim.Media

Seçilən
64
bizim.media

1Mənbələr