"Milan"ın baş məşqçisi Massimiliano Alleqri hücumu Duşan Vlahoviçlə gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis sabiq oyunçusunu yeni komandasına gətirməyi planlaşdırır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Vlahoviçin bu yay "Yuventus"dan ayrılacağı gözlənilir. "Qoca sinyora" serbiyalı hücumçunu satış siyahısına qoyub.