Üç min avtomobil daşıyan "Morning Midas" adlı avtomobil daşıyıcısı olan nəhəng gəmi artıq bir həftədir ki, Sakit Okeanda yanmağa və öz-özünə üzməyə davam edir. Bu barədə Carscoops ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
Mütəxəssislər xilasetmə əməliyyatının təhlükəsizliyini təmin etməyə və dəyən ziyanı minimuma endirməyə çalışırlar.
İlkin məlumata görə, yanğın elektromobillərin və hibrid mühərrikli avtomobillərin yerləşdiyi gəminin arxa hissəsində başlayıb. Daha sonra alov digər göyərtələrə yayılıb. Hazırda yanğınların söndürülməsi davam etdirilir.
Xatırladaq ki, göyərtəsində üç min avtomobil olan “Morning Midas” yük gəmisi iyunun 4-də Alyaska sahillərində Sakit Okeanda yanıb. Gəmi Meksikaya gedərkən göyərtədə tüstü görünüb. Gəminin ekipajı yanğını söndürməyə çalışsa da, bu, nəticəsiz olub. Dənizçilər yanan gəmini okeanın ortasında tərk etməli olublar.
Tural