AZ

Qırğızıstan inklüziv qanunvericiliyin formalaşdırılması üzərində fəal iş aparır - Nazir müavini

Bakı. Trend:

Qırğızıstan inklüziv qanunvericiliyin formalaşdırırlması vəqadın hüquqlarının qorunması üzərində fəal iş aparır.

Trend xəbər verirki, bunu Qırğızıstanın əmək, sosial təminat və miqrasiya nazirininmüavini Kıyal Januzakova Bakıda Türk Dövlətləri Təşkilatının (TDT)ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurumrəhbərlərinin ikinci iclasında deyib.

“Bizim əsas inkişaf istiqamətlərimizdən biri də genderbərabərliyinin təmin olunmasıdır. Qırğızıstan inklüzivqanunvericiliyin formalaşdırılması və qadın hüquqlarının qorunmasıüzərində fəal iş aparır”, – deyə o söyləyib.

Januzakovanın sözlərinə görə, qadınların siyasi təmsilçiliyisahəsində də əhəmiyyətli irəliləyiş əldə olunub. Seçkiqanunvericiliyi artıq milli səviyyədə gender kvotalarını nəzərdətutur — deputat mandatlarının ən azı 30 faizi qadınlaraayrılıb.

“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə milliöhdəliklərə uyğun olaraq, biz 2030-cu ilə qədər genderbərabərliyinə nail olmaq üzrə Milli Strategiya və qadınsahibkarlığı və liderliyinin dəstəklənməsinə yönəlmiş müxtəlifproqramları təşviq edirik. Bu tədbirlər əsas istiqamətləri əhatəedir: yoxsulluğun azaldılması, qadınlar arasında rəqəmsalbacarıqların inkişafı, bərabər imkanların yaradılması və bütünvətəndaşların, o cümlədən, yaşlıların və əlilliyi olan şəxslərinhəyat keyfiyyətinin yaxşılaşdırılması”, — nazir müavinibildirib.

Məqalədə:
Seçilən
40
az.trend.az

1Mənbələr