AZ

Milli Məclisin TÜRKPA-ya sədrliyi dövründə təşkilatın gücləndirilməsi istiqamətində bütün addımlar atılıb - Sahibə Qafarova

Bakı, TurkicWorld

Milli Məclisinin TÜRKPA-ya sədrliyi dövründə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün addımlar atılıb.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclasında çıxışı zamanı səsləndirib.

Spiker TÜRKPA-nın adi bir beynəlxalq platforma olmadığını, onun eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın təmsilçilərini eyni çətir altında birləşdirən bir təşkilat olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri bildirib ki, qardaş ölkələrimiz arasındakı əməkdaşlığın gündən-günə inkişaf etdiyi bir dövrdə TÜRKPA-nın səmərəli fəaliyyəti ölkələrimiz arasında birliyin və həmrəyliyin genişlənməsinə parlament dəstəyini təmin edir. Təşkilat həm də türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında eşidilməsinə imkan yaradır.

Seçilən
21
5
turkic.world

6Mənbələr