2025-ci ilin may ayına - iyunun əvvəlinə təsadüg edən məlumata görə, bu rəqəmlər demək olar ki, dəyişməz qalıb: 72% Trampın seçilməsini mənfi, 16% isə müsbət amil hesab edir.
Müttəfiq kimi ABŞ-yə münasibət də pisləşib.İndi ukraynalıların 58%-inin fikrincə, Vaşinqton Ukraynadan bezib, dəstəyini zəiflədir və güzəştə getməsi üçün Kiyevə təzyiq edir. Respondentlərin yalnız 32%-i əmindir ki, ABŞ Ukrayna üçün müharibənin məqbul şəkildə başa çatmasında maraqlı olan etibarlı tərəfdaş kimi qalır.
Eyni zamanda, Avropa haqqında təsəvvürəhəmiyyətli dərəcədə müsbət olaraq qalır: ukraynalıların 64%-i Avropa ölkələrini etibarlı müttəfiqlər hesab edir, 24%-i isə bununla razılaşmır.
![]() |
Ukraynalılar Rusiyaya güzəştə qarşı çıxırlar |
KBSİ-nin sorğusu 2025-ci il mayın 15-dən iyunun 3-dək 1011 respondent arasında aparılıb.
Xatırladaq ki, KBSİ-nin keçirdiyi daha bir sorğunun nəticələrinə görə, ukraynalıların mütləq əksəriyyəti sülhün sürətlə əldə edilməsi və dövlətin müstəqilliyinin qorunması üçün istənilən ərazi güzəştlərinin qəti əleyhinə çıxırlar.
Bundan əvvəl Dünya Bankı ABŞ və Avropa İttifaqının (Aİ) Ukraynaya yardımının kritik rolunu qeyd edib. Bununla yanaşı, Avropa əhalisi arasında Ukraynaya dəstək səviyyəsi yüksək olaraq qalır: “Avrobarometr” sorğu mərkəzinin məlumatına görə, avropalıların 76%-i Kiyevə maliyyə və humanitar yardımı dəstəkləyir.
Sahil İsgəndərov
AzVision.az