Şimali Koreya Cənubi Koreyanın təbliğat yayımlarını dayandırmasına cavab olaraq Cənubi Koreya ilə sərhədində səs-küy yayımlarını dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
"Bu gün, iyunun 12-də Şimali Koreyadan Cənuba səs-küy ötürülməsi heç bir ərazidə qeydə alınmayıb", - hesabatda qeyd edilir.
Hərbçilərin dəqiqləşdirdiyi kimi, KXDR-dən qeydə alınan sonuncu yayım çərşənbə günü, iyunun 11-i axşam saatlarında həyata keçirilib.