AZ

Paşinyandan Azərbaycanla bağlı iddialara sərt CAVAB 

 “Bəziləri Erməni Apostol Müqəddəs Kilsəsinin ikiüzlülərin və fariseylərin əsarətindən azad edilməsi prosesində türk və ya azərbaycanlı izi görməyə çalışırlar”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan kilsə ilə bağlı başladılan prosesə görə Azərbaycan və Türkiyəni ittiham edənləri “ikiüzlü” adlandırıb:


“Bunu edənlər öz çirkin əməllərini erməni ictimaiyyətindən gizlətmək üçün “türk” və “azərbaycanlı” arqumentlərini ortaya atırlar. Onlar ikiüzlüdürlər. Bu üsuldan istifadə etməklə Erməni Apostol Kilsəsini çıxılmaz vəziyyətdə salmağa açlışırlar. Ktrij Nersisyan və onun kimi kilsəmizin müqəddəsliklərini ləkələyən zadəganlar Ermənistanın və Erməni Apostol Müqəddəs Kilsəsinin çiçəklənməsini istəməyən istənilən qüvvəyə “hədiyyədir”. Nəyi və kimi müdafiə edirsiz? Heç bir şansınız yoxdur. Erməni Apostol Müqəddəs Kilsəsi İsa Məsihə və erməni xalqına qaytarılacaq.

Mənim katolikos vəzifəsi üçün namizədim yoxdur, amma sadəcə həmin şəxslə bağlı təsəvvürüm var. O, Allaha inanmalı, fırıldaqçı olmamalı, İsa Məsihin ideallarını davam etdirməli, kilsəyə xidmət edən biri olmalıdır. Mömin ruhani və pərdə altında gizlənən azğın bir insan olmamalıdır”.

Qeyd edək ki, şeyxülislam Allahşükür Paşazadənin İrəvan qazılığının bərpası ilə bağlı açıqlamasından sonra Paşinyanın erməni kilsəsini hədəfə alması ictimaiyyətin diqqətini Azərbaycana yönəldib. Baş nazirin katolikosu hədəfə almasının arxasında Bakının olduğuna dair absurd ittihamlar səsləndirilib.
// Globalinfo.az


Seçilən
23
referans.az

1Mənbələr