AZ

Mahinur Özdəmir: Türkiyə qadın-kişi bərabərliyinin tətbiq olunduğu 23 ölkədən biridir

BAKI, 12 iyun. TELEQRAF

"Qadınlar ailə və cəmiyyəti bir arada tutan gücdür".

Teleqraf xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş “Milli mədəniyyətimizi, kimliyimizi və dəyərlərimizi keçmişdən gələcəyə daşıyan körpü-Ailə” mövzusunda keçirilən “Gənc Ailə Forumu”nda deyib.

O bildirib ki, qadınların iş fəaliyyəti iqtisadiyyatın inkişafına kömək edir.

"Bu sahədə qadınların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması öncəlikdir. Onların önündən əngəlləri qaldırmalıyıq. Bu gələcək ailələr üçün həyati məsələdir. Türkiyə qadın-kişi bərabərliyini tətbiq edən 23 ölkədən biridir. Qadına qarşı şiddətə sıfır tolerantlıq göstəririk", - deyə əlavə edib.

Seçilən
25
teleqraf.com

1Mənbələr