AZ

"Bayern" Avropa çempionu ilə danışıqlara başladı: Bu qədər xərci çıxacaq

Yarımmüdafiəçi Niko Uilyams "Atletik"dən "Bayern"ə keçə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.

Bildirilir ki, Münhen klubunun idman direktoru Maks Eberl və texniki direktoru Kristof Froynd artıq 22 yaşlı futbolçunun nümayəndələri ilə danışıqlara başlayıblar və tərəflər arasında ilk görüş baş tutub. Niko "Bayern"ə keçməyə açıq olduğunu və bu keçidlə ciddi maraqlandığını bildirib. Onun nümayəndəsi illik 20 milyon avro məvacib tələb edib.

Transferin baş tutması üçün "pivəçilər" futbolçunun sərbəst qalma maddəsinə uyğun olaraq 60–65 milyon avro aralığında təzminat da ödəməlidir.

Seçilən
42
publika.az

1Mənbələr