BAKI, 12 iyun. TELEQRAF
Mərkəzi Bankı ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Katech” QSC tərəfindən Qanunla müəyyən edilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar edib.
Teleqraf xəbər verir ki, müvafiq pozuntu halı ilə əlaqədar “Katech” QSC barəsində “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 51.3-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 62.10-cu maddələrində nəzərdə tutulan tədbirlər Mərkəzi Bank tərəfindən görülüb, o cümlədən “Katech” QSC-yə ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib.