AZ

Modriçin “Milan”la müqavilə bağlayacağı tarix məlum oldu

Luka Modriç klublararası dünya çempionatından sonra “Milan”da tibbi müayinədən keçəcək. Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

“Buna qədər heç bir müqavilə və rəsmi addım atılmayacaq. Modriç sona qədər “Real”a tam şəkildə köklənmək istəyir”.

39 yaşlı Modriç “Milan”la 2026-cı ilin yayına kimi müqavilə imzalayacaq.

Klublararası dünya çempionatı 2025-ci ilin iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək.

Seçilən
53
msport.az

1Mənbələr