BAKI, 12 iyun. TELEQRAF
ABŞ və İran arasında Tehranın nüvə proqramı üzrə danışıqların altıncı raundu iyunun 15-də Maskatda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə danışıqlar prosesində vasitəçi kimi çıxış edən Oman xarici işlər naziri Bədr əl-Busaidi bildirib.
Nazir özünün X sosial media səhifəsində yazıb: “İran-ABŞ danışıqlarının altıncı raundunun bu bazar günü Maskatda baş tutacağını təsdiq etməkdən məmnunam”.