AZ

Pistorius Kiyevə elan olunmamış səfərlə gedib DPA

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniyanın müdafiə naziri Boris Pistorius cümə axşamı elan olunmamış səfərlə Kiyevə gedib.

Bizimyol.info xəbər verir ki, "DPA" agentliyinin verdiyi məlumata görə, o, yerlərdə vəziyyətlə tanış olmaq və Ukrayna rəhbərliyi ilə yeni hərbi yardımın verilməsini müzakirə etmək niyyətindədir.

"Biz Ukraynanı dəstəkləmək üçün hər şeyi edirik ki, o, özünü müdafiə edə bilsin və Rusiyanın ciddi danışıqlara hazır olacağı mövqeyə gəlsin", - deyə Pistorius bildirib.

"Əlbəttə, biz Almaniya və digər avropalıların gələcəkdə dəstəyinin necə olacağı, məsələn, sənaye əməkdaşlığı sahəsində, eləcə də digər yardımlarla bağlı nə edə biləcəyimiz barədə danışacağıq", - deyib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ukraynada münaqişə başlayandan bəri Almaniya Kiyevə 40 milyard avrodan çox müxtəlif növ yardım edib. Buna qarşı Rusiya rəsmiləri dəfələrlə qeyd ediblər ki, "Kiyev rejiminə silah vermək yalnız münaqişənin uzanmasına gətirib çıxarır".

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr