AZ

Alonsonun "Real"dan göndərəcəyi 3 futbolçu bilindi

“Real Madrid”in məşqçisi Xabi Alonso klubdan göndərəcəyi futbolçuları müəyyən edib. Metbuat.az xəbər verir ki, Alonso 3 futbolçunun getməsinə razılıq verib. “Fichajes”də dərc edilən xəbərə görə, Fran Qarsiya, David Alaba və Aurelien Tşouameni Alonsonun planlarında yer almır. Bildirilir ki, Alaba zədələrə görə uğurlu oyun nümayiş etdirə bilməyib. Tşouamenin davamlı uğurlu oyun nümayiş etdirə bilməməsi klubu razı salmayıb. Fran Qarsia da istedadını nümayiş etdirə bilməyib.

Bildirilir ki, Xabi Alonso öz sisteminə uyğun heyət qurmaq istəyir.

Seçilən
33
1
metbuat.az

2Mənbələr