Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Finlandiya - Polşa matçının gedişində səhhətində problem yaranan azarkeş dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, srağagün baş tutan qarşılaşmanın 73-cü dəqiqəsində oyunu stadionda canlı işləyənlərdən biri özünü pis hiss edib.
Hakim görüşü dayandıraraq futbolçuları paltardəyişmə otağına yollayıb. Həmin vaxt finlər 2:1 hesabı ilə qalib gəlirmiş.
Azarkeş təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Oyun təxminən yarım saatdan sonra bərpa olunub.
Ancaq futbol fanatının həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada vəfat edib.