AZ

2025-ci ilin ən yaxşı 10 HİND FİLMİ

Yazını böyüt
Yazını kiçilt

Kassa məlumatları filmin nə qədər uğurlu olduğunun ölçüsüdür. Elə filmlər var ki, kinteatrlara çıxan kimi qazancları xərclərini dəfələrlə qarşılamış olur.

Hafta.az olaraq bu məqalədə, 2025-ci ilin hələ ilk yarısı başa çatmasa da, bütün zamanların ən çox gəlir gətirən bəzi hind filmlərini müzakirə edəcəyik.

"Cəsur"

Ranatunga (Randip Huda) adlı amansız cinayətkar ucqar bir kənddə yerliləri qorxudur. Bir gəlmənin (Sanni Deol) adamları ilə təsadüfi qarşılaşması kəndlilərin əzablarını üzə çıxarır. Köklü korrupsiyanı dərk edərək vəziyyəti nəzarətə götürür. Həqiqət və ədalət uğrunda mübarizə apararaq, son döyüşdə Ranatunqa ilə qarşılaşmağa başlayır.

Büdcəsi 9,6 milyon dollar olan film ilk gündə 166 min dollar gəlir götürüb. Film Hindistan daxilində 12,3 milyon dollar qazanıb. Bununla da film dəyərini iki dəfədən çox artırıb.

“Reyd 2”

Film karyerası ərzində koorrupsiya nəticəsində 4,2 milyon rupidən çox oğurlanmış pulu geri qaytarmış və hazırda başqa maliyyə cinayətini araşdıran hindistanlı vergi müfəttişi Amay Patnaikdən bəhs edir. Bu dəfə o, Dada Manohar Bhainin (Riteiş Deşmux) evində 75-ci reydini keçirir.

Film 12 milyon dollar büdcə ilə çəkilib və nümayişinin ilk günündə 3 milyon dollar gəlir götürüb.

“Sikandar”

Enerji dolu gənc çx böyük korrupsiya şəbəkəsinə qarşı mübarizə aparır. O, ədalətsizliyin hökm sürdüyü ölkədə mövcud status-kvoya qarşı mübarizədə sadə insanların hüquqlarını müdafiə edir.

Çəkilişlərə 24 milyon dollarla başlamış film nümayiş olunduğu ilk gün 5,9 milyon dollar gəlir götürüb.

Filmə YouTubeda 65 milyondan çox baxış olub.

"Aslanın oğlu"

Bu film cəsur döyüşçü Çhatrapati Sambhaci Maharacın həyatından bəhs edən epik dastan olan “Maratha” romanı "Çhava"nın uyğunlaşdırılmasıdır.

Film 17,7 milyon dollar büdcə ilə çəkilib və birinci gün nümayişindən 500 min dollar qazanıb.

Ümumiyyətlə, “Aslanın oğlu” 2025-ci ilin ilk beş ayında ən çox gəlir gətirən hind filmidir.

Seçilən
9
hafta.az

1Mənbələr