Mərhum kamança ifaçısı Habil Əliyevin ABŞ-də yaşayan nəvəsi Toğrul Əli Donald Tramp tərəfindən mükafatlandırılıb.
Bu barədə Far.Az-in "qaynar xətti"nə Toğrulun bibisi Xəyalə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, 13 yaşlı Toğrul Əli 3 ildir ki, ailəsi - anası, atası və qardaşı ilə birgə Virciniya ştatında yaşayır.
"O ABŞ-də doğulub böyüməsə də, təhsildə göstərdiyi yüksək nəticələr və fərdi keyfiyyətləri sayəsində belə mükafata laiq görülüb. Belə uşaqlar gələcəkdə dövlət orqanlarında işlə də təmin edilir".