AZ

Mourinyo yeni mövsümdə bu klubda olacaq

"Fənərbaxça"da vitse-prezident Acun Ilıcalının istefasından sonra məşqçi Joze Mourinyonun klubdakı karyerası müzakirələrə səbəb olub. Metbuat.az xəbər verir ki, Joze Mourinyo klubdan göndərilməyəcək. “TRT Spor”un xəbərinə görə, mövsümü kuboksuz başa vuran "Fənərbaxça" yeni mövsümə Joze Mourinyo ilə başlayacaq.

Qeyd edək ki, Joze Mourinyonun "Fənərbaxça"dan ayrıla biləcəyi barədə iddialar dərc edilmişdi. İddialara görə, Mourinyoməvacib məsələsində güzəşt etməyəcəyini bəyan edib. Mourinyo bildirib ki, müqavilənin sonuna qədər ona ödənməli olan 15 milyon avro ödəniləcəyi təqdirdə o klubdan ayrılmağa razılıq verəcək. Mourinyonun "Fənərbaxça" ilə müqaviləsi 2026-cı ildə yekunlaşır.

Seçilən
28
1
metbuat.az

2Mənbələr