AZ

Paşinyan təkid edir: II Qaregin vəzifəsindən uzaqlaşdırılmalıdır

BAKI, 12 iyun. TELEQRAF

Ermənistan hökuməti bütün ermənilərin katolikosu II Qaregini vəzifəsindən uzaqlaşdırmaqda qərarlıdır.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Erməni nəşri yazır ki, Ermənistan Konstitusiya Məhkəməsinin dünənki iclasının əsas mövzularından biri katolikosun vəzifədən kənarlaşdırılması məsələsi olub:

“Hökumət mənbələri deyirlər ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İdarə Heyətinin üzvləri növbəti dəfə katolikos və yaxın ətrafının nəyin bahasına olur-olsun, zəiflədilməli olduğunda təkid edirlər. Onların sözlərinə görə, Paşinyanın “Katolikosun övladı var, ya yox?” sualı ictimaiyyətə açıqlanmalıdır.

Hakim partiyanın İdarə Heyətinin bütün üzvləri kilsəyə təzyiqlərin davam etdirilməli olduğunda təkid edirlər. Əldə etdiyimiz məlumata görə, iyunun 10-da BƏƏ səfərindən qayıdarkən hava limanına gedərək II Qaregini ona dəstək olaraq qarşılayan bütün müxalifət qüvvələrinə təzyiqlər artacaq.

Hakim partiyanın üzvləri hesab edirlər ki, müxtəlif siyasi qüvvələr bu məsələdən siyasi dividendlər qazanmağa çalışacaq və yaxın vaxtlarda bunun qarşısı alınmalıdır”.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr