AZ

Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Səbəb?

Azərbaycana

Azərbaycana bu il 8 milyon 509 mindən çox həşərat gətirilib. İdxalın 95 %-i Rusiyanın payına düşüb. Mərakeşdən və Belçikadan da az həşərat gətirilməyib.Maraqlıdır, 8 milyon həşərat ölkəyə hansı məqsədlə gətirilib?Mütəxəssislər bu həşəratların qida məqsədilə gətirildiyini istisna etmirlər.Belə ki, Qərbi Afrika ölkələri, Çin, Yaponiya kimi Şərqi Asiya ölkələrinin mətbəxində də həşəratlardan təam kimi istifadə olunur. O ki qaldı 8 milyondan çox həşəratı Azərbaycana kim və hansı məqsədlə gətirib, bu barədə Gömrük Komitəsindən bildirilib ki, məsələ kommersiya sirri olduğu üçün heç bir məlumat verilə bilməz.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə Baku TV-nin suallarını belə cavablandırıb:"Bu faydalı həşərat və orqanizmlər elmi-tədqiqat, kənd təsərrüfatı və təbii ekosistemlərdə zərərvericilərə qarşı mübarizə aparmaq və ətraf mühitin sağlamlığının qorunması məqsədilə istifadə olunur. Bioloji mübarizə məqsədilə istifadə edilən bu həşəratların üstünlükləri ondan ibarətdir ki, kimyəvi mübarizədən fərqli olaraq bitkilərə qalıcı təsir göstərmir, ekoloji zərər vermir, torpağın münbitliyi qorunduğu üçün növbəti illərdə məhsuldarlıq artır. Bundan əlavə, ixrac üçün yetişdirilən məhsullarda pestisid qalığı riski sıfıra yaxın olur".Ətraflı süjetdə:Ulusum.az

Diqqət Çəkənlər

Müğənni Şimal xərçəngdən vəfat etdi – Ərindən ürək parçalayan sözlər

Greta Tunberq İsveçə qayıtdı – aeroportda fələstin bayraqları altında qarşılandı

Zülallı Zövq: Tərəvəzli və Ətli Tortilya - VİDEO

Seçilən
16
17
ulusum.az

10Mənbələr