AZ

İranla gərginlik fonunda ABŞ Yaxın Şərq səfirliklərinin işçilərini çıxarmağa başlayıb

Bakı. Trend:

İranla artan diplomatik gərginlik fonunda ABŞ Yaxın Şərqölkələrindən, o cümlədən, İraqdan diplomatik nümayəndəliklərindəçalışan əməkdaşları çıxarmağa başlayıb.

Trend-in“Reuters”ə istinadən xəbərinə görə, bu haqda ABŞ prezidenti DonaldTramp özü açıqlama verib.

Tramp Yaxın Şərqin “təhlükəli bir yer” ola biləcəyini deyərək,Birləşmiş Ştatların İrana nüvə silahı əldə etməsinə imkanverməyəcəyini əlavə edib.

Bundan əvvəl “Reuters” “yüksək təhlükəsizlik riskləri” iləəlaqədar ABŞ hökumətinin İraq səfirliyinin qismən təxliyəsinihəyata keçirməyə hazırlaşdığı xəbərini yaymışdı.

Agentliyin məlumatına əsasən, Dövlət Departamenti Bəhreyn vəKüveytdəki diplomatik missiyalarına ölkəni könüllü sürətdə tərketmələrinə icazə verib.

Bu barədə xəbərlər neft qiymətlərinin 4 faizdən çoxbahalaşmasına yol açıb.

ABŞ-nin bəzi əməkdaşlarını təxliyə etmək qərarı regiondagərginliyin artdığı bir vaxta təsadüf edir. Trampın İranla nüvəsazişi əldə etməyə yönəlmiş səyləri dalana dirənmiş kimi görünür vəABŞ kəşfiyyatının məlumatına görə, İsrail İranın nüvə obyektlərinəzərbə endirməyə hazırlıq görür.

Məqalədə:
Seçilən
25
9
az.trend.az

10Mənbələr