AZ

Vuçiç Ukraynada Rusiya əleyhinə sənədi imzalamadı: Azərbaycanı nümunə göstərdi

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyən Ukrayna-Cənub-Şərqi Avropa sammitinin yekun bəyanatını imzalamaqdan imtina edib.

Publika.az xəbər verir ki, bütün digər forum iştirakçıları bəyannaməni imzalayıblar.

Vuçiç qərarını sənəddə Moskvaya qarşı sanksiyaların tətbiqi tələbinin olması ilə izah edib. Siyasətçi heç kimin ona təzyiq etmədiyini də vurğulayıb. Onun sözlərinə görə, sammitin digər iştirakçıları “Rusiyaya qarşı yönəlmiş hər şeyi, bacardıqları hər şeyi qəbul etməyə hazırdırlar”.

Ukrayna-Cənub-Şərqi Avropa formatı Kiyev və Balkan yarımadası ölkələri arasında çoxtərəfli dialoq üçün platformadır.

İyunun 11-də Serbiya prezidenti müharibə başlayandan bəri ilk dəfə Odessada keçirilən sammitdə iştirak etmək üçün Ukraynaya bir günlük səfərə gedib.

Vuçiç bildirib ki, Serbiya Kiyevə öz dəstəyini vermək üçün Ukraynanın bir və ya iki şəhərini və ya kiçik bir bölgəsini bərpa edəcək.

Seçilən
22
2
publika.az

3Mənbələr