AZ

Goranboyda zəhərlənən kişi xəstəxanada ÖLDÜ

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

Viral.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, kənd sakini 1995-ci il təvəllüdlü Y. İbrahimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Son Yazılar:

30 yaşlı kişiyə yardım edilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə Y. İbrahimov mal-qaranın dezinfeksiyasında istifadə olunan “Niasitol” adlı kimyəvi maddədən zəhərlənib.

Belə ki, azyaşlı uşaq “Niasitolu” pivə bakalına töküb, Y. İbrahimov isə bilməndən onu içib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
44
12
viral.az

10Mənbələr