Bakı. Trend:
Çin tranzit marşrutu ilə ölkəyə daxil olan xarici vətəndaşlarınvizasız qalmasına icazə verilən ölkələrin sayını 55-ə çatdırıb.
Trend-in Sinxuaagentliyinə istinadən verdiyi məlumata görə, Çin XalqRespublikasının İmmiqrasiya Məsələləri üzrə Dövlət Administrasiyasıbildirib ki, bu siyahıya son olaraq İndoneziya da əlavə edilib.İyunun 12-dən etibarən İndoneziya vətəndaşları ÇXR-in 24 inzibatibölgəsində yerləşən 60 giriş limanı vasitəsilə ölkəyə daxil olub240 saata (10 günə qədər) qədər vizasız qala bilərlər.
Bu imkandan yararlanmaq üçün vətəndaşların Çindən üçüncü ölkəyəkeçən təsdiqlənmiş tranzit marşrutu üzrə sənədləri təqdim etməsitələb olunur.
Qeyd edək ki, Çin 2023-cü ildən etibarən viza rejimini mərhələlişəkildə yumşaldır. Bu tədbirlər nəticəsində 2024-cü ildə vizasızproqram çərçivəsində Çinə 3,39 milyon əcnəbi səfər edib ki, bu daəvvəlki illə müqayisədə 13 dəfə çoxdur.