AZ

Günəşin cənub qütbü ilk dəfə unikal fotolarla görüntülənib

Bakı. Trend:

Günəşin cənub qütbünə dair tarixdə ilk fotolar Avropa KosmikAgentliyi (ESA) və NASA-nın birgə layihəsi olan “Solar Orbiter”kosmik aparatı tərəfindən Yerə göndərilib.

Trend-in “TheTimes”a istinadən verdiyi məlumata görə, indiyədək müşahidəolunmamış qütb bölgələrinin görüntülənməsi alimlərə Günəşsəthindəki nizamsız maqnit aktivliyini daha dəqiq xəritələşdirməyəimkan verib. Mütəxəssislərin sözlərinə görə, məhz bu maqnitaktivliyi Günəşin hər 11 ildən bir maqnit qütblərini dəyişməsininəsas səbəblərindən biridir.

ESA-nın elm direktoru professor Karol Mandel bu nailiyyəti belədəyərləndirib: “Bu gün bəşəriyyət tarixdə ilk dəfə Günəşin qütbbölgəsini gördü”.

Dəyəri 1,3 milyard dollar olan “Solar Orbiter” 2020-ci ildəkosmosa buraxılıb. Bu ilin martında isə aparat Günəş ekvatorundan15 dərəcə cənuba enərək ilk yüksək bucaqlı müşahidələrini həyatakeçirib və cənub qütbünün görüntülərini qeydə alıb.

Alimlər bildirirlər ki, Günəşin maqnit sahəsi Yerinki kimi sabitdeyil və hər 11 ildən bir qütblərini dəyişir. Hazırda Günəş budəyişiklik öncəsi “Günəş maksimumu” adlanan ən yüksək aktivlikdövrünü yaşayır. Bu mərhələdə Günəşdə ləkələrin, alovlanmaların vəmaqnit fırtınalarının sayı xeyli artır.

Seçilən
27
1
az.trend.az

1Mənbələr