"Qalatasaray" "Bavariya"nın hücumçusu Leroy Sanenin Türkiyəyə uçuşunu "YouTube"da canlı yayımlayıb.
Operativ Media xəbər verir ki, İstanbul klubu, 29 yaşlı alman futbolçunun Münhen klubu ilə müqaviləsi iyulun 1-də başa çatdığı üçün onunla pulsuz transferlə bağlı danışıqlar aparır.
Canlı yayımı 1,1 milyondan çox insan izləyib. Sane İstanbula enib və hava limanında izdihamlı azarkeş qrupu tərəfindən qarşılanıb.