Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Vaşinqton, 12 iyun, AZƏRTAC
ABŞ İranla gərginlik fonunda Yaxın Şərqdən bəzi diplomatları və hərbçi ailələrini geri çağırıb.
AZƏRTAC-ın CNN-ə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət və Müdafiə Departamentləri Yaxın Şərq ətrafındakı yerlərdən qeyri-vacib personalın təxliyəsini təşkil edib. Bu addım Yaxın Şərqdə artan gərginlik fonunda atılıb. Müdafiə katibi Pit Heqset hərbi qulluqçuların Yaxın Şərqdəki yerləri könüllü şəkildə tərk etməsinə icazə verib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
ABŞ Dövlət Departamenti həmçinin, ABŞ-ın İraq, Bəhreyn və Küveytdəki səfirliklərinin qeyri-vacib işçilərinin bölgədə artan təhlükəsizlik riskləri səbəbindən ölkədən getməsinə göstəriş verməyə hazırlaşır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.